Azərbaycanda 26,5 milyon manatlıq şirkət yaradılıb

15:38 - 9.07.2024


9 iyul, Fineko/abc.az. 27 iyun 2024-cü il tarixində Dövlət Vergi Xidməti "Chicken Pro." Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 1605507081) dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, nizamnamə kapitalı 26,5 mllyon manat olan şirkətin qanuni təmsilçi Əliyev Abid Müstəqim oğludur.

Şirkətin üquqi ünvanı  AZ1014, Bakı şəhəri,  Nizami rayonu, Heydər Əliyev prospekti  ev.189, bina185 A, BLOK 2 m.11/2.dur.