Mərkəzi Bank “PashaPay”lə bağlı qərar verdi

15:02 - 4.07.2024


4 iyul, Fineko/abc.az. Mərkəzi Bankı “MilliÖn”, “m10” bredləri ilə bazarda tanınan ödəniş sistemi şirkəti “PashaPay” MMC-yə lisenziya təqdim edib.

ABC.AZ xəbər verir ki, İdarə Heyətinin 27 iyun 2024-cü il tarixli qərarı ilə “PashaPay”-a “EPT-004” nömrəli lisenziya təqdim edilib.

Şirkət bu sahələr üzrə icazə əldə edir:

- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatının ekvayrinqi;

– pul köçürməsi;

– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

Şirkətin İdarə Heyətinin sədri Məmmədov Samirdir.