Sosial Xidmətlər Agentliyi 57 milyon 460 min manat zərər edib

14:50 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Sosial Xidmətlər Agentliyi 2023-cü ili 57 milyon 460 min manat zərərlə başa vurub. 2022-ci ildə qurum 52 milyon 930 min manat zərər edib ki, bu da illik müqayisədə 9% artım deməkdir.

ABC.AZ agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Sosial Xidmətlər Agentliyinin digər əməliyyat gəlirləri 92 472 manat təşkil edib. 2022-ci ildə isə gəlirlər 5 117 manat olub (18 dəfə çox).

Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.