Valyuta hərracında tələb azaldı

12:29 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 25-də keçirilən valyuta hərracında bankların tələbi 87,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 0,7 milyon dollar (0,8%) azdır.

İyunun 20-də keçirilən valyuta hərracında AMB banklara 88,5 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.