16:33 - 9.08.2018
9 avqust, Fineko/abc.az. Azərbaycanda yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,3% artıb.
“İyun ayında qiymətlər 0,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri 0,1% bahalaşmışdır”, - məlumatda belə deyilir.