14:45 - 31.05.2024
31 may, Fineko/abc.az. Bu ilin sonuna qədər “Qatar Airways” təyyarələrində Starlink-dən pulsuz Wi-Fi təqdim ediləcək.
ABC.AZ xəbər verir ki, simsiz internet sürəti 500 Mbit/s-ə qədər olacaq, qəbul edicilərlə təchiz edilən ilk laynerlər isə üç Boeing 777-300ER olacaq.
2026-cı ilin sonuna qədər “Qatar Airways” bütün təyyarələrdə Starlink-dən super sürətli Wi-Fi işə salmağı planlaşdırır.