Konqo LNG ixracına başlayır

10:18 - 31.05.2024


31 may, Fineko/abc.az. Bu il LNG bazarında daha bir oyunçu meydana çıxıb: Konqo Respublikası maye qaz ixracına başlayıb. İlk partiya 2024-cü ilin fevralında illik gücü 0,82 milyard kubmetr olan orta tonnajlı Tango FLNG-nun başlanğıcını qeyd edərək göndərilib.

ABC.AZ xəbər veri ki, gələn il Konqoda artıq iri tonnajlı – 3,25 milyard kubmetrlik ikinci bir layihə başlayacaq. Satış bazarı Cənubi Avropa ölkələri və ilk növbədə İtaliyadır, çünki layihənin operatoru Eni-dir. Mayeləşdirmə üçün qaz mənbəyi əvvəllər məşəllərdə yandırılan və ya təzyiqi qorumaq üçün bir təbəqəyə yönəldilmiş səmt neft qazıdır.