15:19 - 27.05.2024
27 may, Fineko/abc.az. Cari ilin aprel ayında Türkiyəyə 3 611 244 xarici turist səfər edib.
ABC.AZ xəbər verir ki, bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,7% çoxdur. Türkiyəyə turist axını üzrə ilk beşliyə aşağıdakı ölkələr daxildir:
Almaniya: 434,863 səfər (2023-cü ilin aprel ayı ilə müqayisədə —5,8%).
Rusiya: 396,155 səfər (+4,1%).
Böyük Britaniya: 330,112 ziyarət (+18%).
Bolqarıstan: 282.865 ziyarət (+ 2.9%).
İran: 198.878 ziyarət (+ 31%).
Aprel ayında bu ilk beşlik Türkiyəyə ümumi giriş turizm axınının 45,5%-ni təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026