12:04 - 21.05.2024
21 may, Fineko/abc.az. 2023-cü ildə Türkiyə ilə Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 6 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuşla görüşü zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün iddialı planlar müəyyən edilib.
Tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar.
12 Avqust 2026