Əmlak Məsələləri Dövlət Xidmətinin 7 milyon manat vergi borcu var

10:22 - 21.05.2024


21 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər də təsdiqləyir.

Məlumata əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin vergi borcu 6 991 660.62 manatdır. Bu vergi borcu 20.05.2024-cü il tarixinə olan məlumatdır.