14:43 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi özünə məsləhətçi seçib.
Nazirliyin məlumatına görə, “McKinsey & Company” (Azərbaycan) şirkəti ekspert məsləhətçi xidmətlərini təqdim edəcək.
“McKinsey & Company (Azerbaijan) INC” şirkətinin xidmətlərinin dəyəri Vergilər Nazirliyinə 1,5 milyon manata başa gələcək”, - deyə nazirlikdən bildiriblər.