“Tesla”nın Çində satışları bazar artımı fonunda kəskin azaldı

17:14 - 8.05.2024


8 may, Fineko/abc.az. Aprel ayında “Tesla” şirkəti Çin sakinlərinə 67 mindən bir qədər çox elektrik avtomobili satıb. Bu, əvvəlki ilə nisbətən 18% azdır. 

ABC.AZ xəbər verir ki, bununla belə, ümumilikdə ÇXR-də elektrikli avtomobil və hibridlərin satışları 33% artıb, “Tesla”nın Çin rəqibi, “BYD” konserninin nəticələri isə 49% yaxşılaşıb.