"Aqrarkredit" BOKT-un əmlakları hərraca çıxarılır - Bu tarixdə

11:43 - 8.05.2024


8 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 20-də təşkil olunacaq hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar çıxarılacaq. 

ABC.AZ xəbər verir ki, hərraca 21 ədəd əmlak çıxarılacaq, əmlaklardan 1-i fərdi yaşayış evi yerdə qalan 20-si isə torpaq sahəsidir.

Hərraca çıxarılan fərdi yaşayış evinin sahəsi 155,9 kv.m , torpaqların sahəsi isə 0,06 – 36,59 ha təşkil edir. Start qiymətinə gəlincə hərracda start qiyməti 1 647 - 36 180 manat aralığında dəyişir.

İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.