“Apple” süni intellektlə işləyən M4 prosessorlu yeni iPad Pro-nu təqdim edib - Foto

11:39 - 8.05.2024


8 may, Fineko/abc.az. Amerikanın “Apple” şirkəti mayın 7-də yaz təqdimatında süni intellektlə işləyən M4 prosessorlu yeni iPad Pro-nu təqdim edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət həmçinin 13 düymlük displey, Pencil Pro-nu və Magic Keyboard-u nümayiş etdirib.

256 GB yaddaşa malik iPad Pro 13 dövlət vergisindən əvvəl 1299$/$1499 (WiFi/5G versiyası), 2TB-lıq versiya isə 2299$/$2499-a başa gələcək. Güclü yeni M4 çipindən əlavə, iPad Pro 1600 nit-ə qədər parlaqlığa malik Ultra Retina XDR matrisi ilə təchiz edilib. Şirkət planşetlərdəki kamera və mikrofonları da yeniləyib. İndi iPad Pro-nun ön kamerası yan tərəfdə yerləşir.

Şirkət obyektləri döndərmək üçün Apple Pencil stilusuna giroskop, həmçinin vibrasiya mühərriki əlavə edib. Cihaz ABŞ-da 129 dollara satışa çıxarılacaq, yeni Magic Keyboard isə 299 dollara başa gələcək.