10:28 - 8.05.2024
8 may, Fineko/abc.az. “Google” daxili “Gemini” neyron şəbəkəsi olan Pixel 8a smartfonunu təqdim edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, cihazın qiyməti 499 dollar təşkil edir.
Pixel 8 xəttinin aşağı büdcəli versiyası flaqman modelləri kimi Tensor G3 prosessoru ilə təchiz olunub. Smartfon 8 GB operativ yaddaş, həmçinin 128 GB və ya 256 GB daxili yaddaş alıb.
Pixel 8a-nın ekran ölçüsü 6.1 düym təşkil edir, yeniləmə tezliyi 120 Hz-ə qədər artırılıb və maksimum parlaqlıq 2000 nit-ə çatır.
Smartfon yandırma/söndürmə düyməsini basmaqla işə salınan “Gemini” neyron şəbəkəsi ilə təchiz olunub. O, həmçinin foto və səs emojilərində seçilmiş obyekt üçün axtarış funksiyalarını dəstəkləyir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026