11:15 - 6.08.2018
6 avqust, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.
“Azərsu” xəbər verir ki, Bakının Yasamal rayonunda (Qanlıgöl ərazisində) su infrastrukturunun yenilənməsi üzrə işlərin aparılması ilə əlaqədar bu gün su təchizatında məhdudiyyətlər olacaq.
“Gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - ASC-in məlumatında belə deyilir.
17 Avqust 2026
15 Avqust 2026