BP Bakı Mühəndislik Universitetində yeni İKT laboratoriyası açıb

11:46 - 3.05.2024


3 may, Fineko/abc.az. Bu gün BP şirkəti Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesini dəstəkləmək üçün Bakı Mühəndislik Universitetində yeni laboratoriya açıb.

ABC.AZ xəbər verir ki, şirkət laboratoriyanı 30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təmin edib.

Hər il təxminən 1 000 müəllim və tələbənin İKT sahəsində bilik və bacarıqlarını artırmaq üçün laboratoriyadan istifadə edəcəyi gözlənilir.

Layihənin ümumi dəyəri təxminən 403 min manat (237 min dollar) təşkil edir.