16:08 - 2.05.2024
2 may, Fineko/abc.az. Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.
ABC.AZ xəbər verir ki, “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.
Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026