Bu tarixdə Azərbaycana giriş üçün viza verilməsi sadələşdiriləcək

16:29 - 1.05.2024


1 may, Fineko/abc.az. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə yaxın zamanlarda elanın verilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq. (Report)