Avropa Komissiyası “TikTok Lite”lı bloklaya bilər

10:45 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Avropa Komissiyası “TikTok Lite” tətbiqi ilə bağlı rəsmi araşdırmaya başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası rəsmilərinin fikrincə, onun bir sıra funksiyaları istifadəçilərdə, xüsusən də uşaqlarda ondan asılılığın yaranmasına səbəb olur. Cavab qənaətbəxş olmasa, növbəti gündən etibarən tətbiq Aİ-də bloklana bilər. 

Qeyd edək ki, “TikTok Lite” – “TikTok” sosial şəbəkəsinin yüngülləşdirilmiş versiyasıdır. O, istifadəçilərin şəxsi məlumatlarından demək olar ki, istifadə etmir və mobil cihazlarda az yer tutur.

“TikTok Lite”ın funksiyalarından biri istifadəçilərə videolarda baxış sayı, platformaya müntəzəm səfərlər və s. əsasında müxtəlif tapşırıqları yerinə yetirdiklərinə görə pul mükafatı verməsidir. Avropa Komissiyası hesab edir ki, bu, istifadəçiləri tətbiqdə daha çox vaxt keçirməyə həvəsləndirir, nəticədə asılılığa gətirib çıxarır. Avropa Komissiyası bu tətbiqi “toksik və asılılıq yaradan” adlandırıb.