10:39 - 22.04.2024
22 aprel, Fineko/abc.az. Elektrikli avtomobil nəhəngi Tesla şirkəti, ilk rübdə satışlar təxminən dörd ildə ilk dəfə azaldıqdan sonra qlobal miqyasda elektromobillərin qiymətlərini endirib.
ABC.AZ xəbər verir ki, şirkət Çində Model 3-ün başlanğıc qiymətini 14 000 yuan (1.930 dollar) azaldaraq 231 900 yuana (32 000 dollar) endirdib.
Almaniyada arxa ötürücülü Model 3 modelinin qiyməti də fevral ayından bu yana 42 990 avrodan 40 990 avroya (43 670,75 dollar) düşüb.
Tesla ABŞ-da qiymətlər aşağı salmışdır.
Tesla-nın sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də baş verib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026