14:35 - 5.04.2024
5 aprel, Fineko/abc.az. Qarşıdan gələn Ramazan bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
ABC.AZ “Report”a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib.
Bu səbəbdən sabah şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metrosu buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək.
Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026