Azərbaycanın xam neft satışı azalıb - Hesabat

16:22 - 18.03.2024


18 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 2 milyard  826 milyon 51 min dollar dəyərində 4 milyon 595 min 490 ton xam neft ixrac edib. 

ABC.AZ xəbər verir ki, bu göstərici statistik dəyər baxımından 426 milyon 626,3 min dollar və ya (13,1%), miqdar baxımından isə 579,6 min dollar və ya 11,2% azalıb.

2023-cü ilin iki ayı ərzində 3 milyard 250 milyon 677 min dollar dəyərində 5 milyon 175 min 61 ton xam neft ixrac edilib.

1 ton man neftin orta ixrac qiyməti 615 dollar (1 045 manat), əvvəlki ilin müvafiq dövründə isə 628 dollar (1 068 manat) təşkil edib.

Qiymətlər son bir il ərzində 13 dollar (22 manat) və ya 2% ucuzlaşıb.