14:50 - 15.03.2024
15 mart, Fineko/abc.az. Azərbaycan sahibkarları əlavə dəyər vergisinin (ƏDV) malın realizasiyası zamanı ödənilməsi təklifi ilə çıxış edib.
ABC.AZ xəbər verir ki, bu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında öz əksini tapıb. Belə ki, məsələ Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şurasının iclasında qaldırılıb.
Görüşdə iş adamları həmçinin AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklərin, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğunu qeyd edib, gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt almasının, nəticədə yükün sərhəddə ləngiməsinin əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğunu vurğulayıb. Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026