Azərbaycanda bu şirkət ləğv olunur

16:18 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. “Nexa Industrial Supply” MMC ləğv olunur.

Sənaye müəssisələrinə texniki təchizat və satınalma xidmətləri göstərən “Nexa Industrial Supply” MMC ləğv olunduğunu elan edib.

Şirkətin kreditorları tələblərini iki ay ərzində AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 14, mənzil 28 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Nexa Industrial Supply” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi İrfan Sultanova Zakir qızıdır.

Şirkət zavodları, EPC podratçılarını və sənaye müəssisələrini sənaye ölçmə cihazları, texniki təchizat və satınalma həlləri ilə dəstəkləyib.