Neft bahalaşır, Brent bir barel üçün $82,45 təşkil edir

09:29 - 12.03.2024


12 mart, Fineko/abc.az. Çərşənbə axşamı hərracda neftin etalon markalarının qiyməti artır.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 09:24–ə qədər $0,24 (0,29%) artaraq bir barel üçün $82,45-a çatıb. Martın 11 - də aparılan hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $0,13 (0,16%) artaraq bir barel üçün $82,21-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 09:24–ə qədər $0,16 (0,21%) artaraq bir barel üçün $78,09-a çatıb. Martın 11 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,08 (0,10%) azalaraq bir barel üçün $77,93-a düşüb.