Azərbaycanda yeni radio açılır?

10:07 - 5.03.2024


5 mart, Fineko/abc.az. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

Azərbaycan Audiovizual Şurasından  verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. 

ABC.AZ xəbər verir ki, müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

“Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Sağlam Radio”)

“Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Həyat FM”)

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.