15:27 - 29.02.2024
29 fevral, Fineko/abc.az. "Apple” “Apple ID”nin adını “Apple Account” olaraq dəyişdirmək istəyir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “MacRumors” portalında qeyd edilib.
Güman edilir ki, “Apple Account” 2024-cü ilin payızında iOS 18 və macOS 15-in buraxılışları ilə birlikdə “Apple ID”ni əvəz edə bilər. Bununla yanaşı, yeni adı ehtiva edən xidmətlər və proqramlar yenilənəcək.
Bu halda, xidmətin adında dəyişiklik “Vision Pro” qulaqlığının adını seçərkən baş verdiyi kimi, ümumiyyətlə baş verməyə bilər. Əməliyyat sisteminin sınaqdan keçirilməsi zamanı “realityOS” və “xrOS” adları nəzərdən keçirilib. Bununla belə, son seçim “visionOS” olub.
17 Avqust 2026
15 Avqust 2026