11:18 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Masallı Rayonu İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri -Baş memarı vəzifəsindən azad edilib.
ABC.AZ xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq əmrinə əsasən, vəzifəsindən azad edilən Həsənov İbrahim Əliməmməd oğludur.
O bu vəzifəyə 2023-cü ilin iyununda təyin edilmişdi.
Qeyd edək ki, İbrahim Həsənov 1963-cü il də Masallı rayonu, Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) məzunu olub. İxtisasca mühəndis-hidrotexnikdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026