16:06 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur və bu səviyyəni bir neçə il ərzində saxlamağı planlaşdırılır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli CBC TV-yə müsahibəsində bildirilib.
Onun sözlərinə görə, yeni layihələr hesabına bu səviyyəni bir neçə il ərzində saxlamağı çalışılacaq.
B. Aslanbəyli bildirib ki, 2023-cü ilin yekunlarına əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib: “Şirkət yataqdan təbii qaz hasilatını fantastik səviyyədə olan istehsal göstəricisi ilə davam edir. Bizim əməliyyatların məhsuldarlığı 100% təşkil edir. Bu, hazırda imkanların faktiki olaraq maksimum həddidir, yəni qaz ehtiyatları hasilatının pik həddinə çatmışıq”.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026