15:14 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Içməli su çatışmazlığı şəraitində yaxın gələcəkdə atmosfer yağıntılarından şirin su əldə etmək texnologiyalarının inkişafı aktual olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.
"Gələcəkdə nə buzları əritmək, nə də Baykal gölünün suyunu şüşələrə doldurmaq istəməzdik. Ona görə də hesab edirəm ki, su ehtiyatlarının ağıllı idarə edilməsinə keçmək lazım olduğunu istəyiriksə, o zaman biz, ilk növbədə, yağıntılardan şirin su ilə işləməyi öyrənməliyik", — deyə Abramçenko bildirib.