Ceff Bezos "Amazon"un bəzi hissəsini satmaq istəyir

14:15 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Amerikalı iş adamı Ceff Bezos "Amazon"un bəzi hissəsini satmaq istəyir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sahibkar şirkətinin 50 milyona qədər səhmini bir il ərzində satmağı düşünür.

Digər rəhbərlər onun təxminən 440 min qiymətli kağızını satacaqlar. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası üçün korporasiyanın saytında dərc olunan illik hesabatda qeyd olunub.

Sənədqə qeyd edilib ki, plan 2023-cü ilin noyabrında razılaşdırılıb.

Belə ki, C.Bezos müəyyən şərtlərə uyğun olaraq, 31 yanvar 2025-ci il tarixində bitən müddət ərzində "Amazon"un 50 milyona qədər səhmini satacaq.

Onların ümumi dəyəri qiymətli kağızların hazırkı qiyməti ilə təxminən 8,6 milyard dollar olacaq.

Müəllif: Elmir Murad