17:32 - 10.01.2024
10 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 8 milyon 346 min ABŞ dolları dəyərində 2 min 819 ton pambıq toxumu idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 243,1 min dollar və ya 3% çoxdur, miqdar baxımından isə 155 ton və ya 5,2% azdır. 2022-ci ilin yanvar-oktyabr aylarında 8 milyon 103 min dollar dəyərində 2 min 974 ton pambıq toxumu gətirlib.
1 ton pambıq toxumunun qiyməti bu il 2 961 dollar, ötən il isə 2 725 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 236 dollar (8,7%) bahalaşıb.
Bu da o deməkdir ki, pambıq toxumunun 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında 5,03 manat, əvvəlki ilin eyni dövründə 4,63 manat olub.
30 İyul 2026
29 İyul 2026