11:31 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. Bakıda bazarın mənzil tələbatı ödəniləcək.
ABC.AZ xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda həm ümumi (ictimai məqsədlər üçün) sahə, həm də özəl sahə üzrə torpaq inkişaf parametrləri müəyyən edilir. Sahəsi bir hektardan çox olan bütün inkişaf (yaşayış) əraziləri üçün ümumi ərazinin 60%-ə qədəri özəl məqsədlər üçün, qalan hissəsi isə ümumi ictimai məqsədlər üçün olan torpaqlar kimi bölünür. Ümumi ictimai məqsədlər üçün olan torpaqlar aşağıdakıların təmin edilməsi üçün nəzərdə tutulur: yollar və ictimai nəqliyyat, ictimai xidmətlər, yaşıllıqlar və açıq məkanlar.