Azərbaycanda aparıcı şirkət yaratdı

16:46 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Bloger kimi tanınan aparıcı Azər Qərib yeni şirkət yaradıb.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti keçmiş aparıcının şirkətini artıq dövlət qeydiyyatına alıb.

Şirkətin adı “Oralar” MMC adlanır. Yeni şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Qəribov Azər Şaiq oğludur.

“Oralar” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat PR. ev.50B m.35-dir.

Qeyd edək ki, Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır.

Müəllif: Elmir Murad