10:08 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. “Gəncə Şərab-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq 6 noyabr 2026-cı il saat 15:00-da keçiriləcək. Yığıncağın gündəliyinə Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və digər təşkilatlara olan borcların ödənilməsi məsələsinin müzakirəsi daxil edilib.
Yığıncaq Gəncə şəhəri, Z.Hacıyev küçəsi 56 ünvanında keçiriləcək.
Qeyd edək ki, “Gəncə Şərab-1” ASC 15 sentyabr 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 730,5 min manatdır.
Vergi məlumatlarına əsasən, şirkətin hazırda 29 763,68 manat vergi borcu var.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026