11:48 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Yaponiya aerokosmik tədqiqatlar agentliyi (JAXA) dekabrın 25-də “Ay kəşfiyyatı üçün ağıllı modul” (Smart Lander for Investigating Moon və ya SLIM) kosmik aparatının Yaponiya standart vaxtı (JST) ilə saat 16:51-də Ay orbitinə uğurlu çıxışı barədə məlumat verib. Bu, kosmosun öyrənilməsi və Ay tədqiqatlarının inkişafında mühüm bir addım olacaq.
ABC.AZ xəbər verir ki, hazırda SLIM aparatı Ayın şimal və cənub qütblərini birləşdirən eliptik orbitdədir və orbital dövrü təxminən 6,4 saatdır.
18 Avqust 2026