10:19 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Cənubi Koreyanın “Hyundai” konserninin Sankt-Peterburq Avtomobil Zavodu ("Hyundae Motor Manufacturing Rus" MMC, HMMR) 2024-cü ilin yanvarında işə düşəcək.
ABC.AZ xəbər verir ki, zavod, komponentlərin tədarükündə çətinliklər səbəbindən 1 mart 2022-ci il tarixindən etibarən avtomobil istehsalını dayandırmışdı.
Xəbər verildiyi kimi, HMMR Avtomobil Zavodu əvvəllər Rusiyanın Volkswagen aktivlərini də satın alan “Avilon” diler holdinqinə yaxın olan “Art-Finans” şirkətinin simvolik dəyərinə satılacaq.
2022-ci ilin yazına qədər gücü ildə 200 mindən çox avtomobil olan şirkət “Hyundai” Solaris, Hyundai Creta, Kia Rio və Kia Rio X-Line modellərini istehsal edirdi.
14 Avqust 2026