10:07 - 20.07.2018
20 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev içməli suyun təmizlənməsi layihələrinin vacibliyini qeyd etdi və Azərbaycan əhalisinin artması səbəbindən həmin layihələrin strateji əhəmiyyətini vurğuladı.
“Görüş zamanı Bakıda və Sumqayıtda içməli suyun təmizlənməsi üzrə bir neçə layihələrdə “SUEZ”in iştirakı müzakirə olundu. Söhbət zamanı bu məsələyə dair təkliflər nəzərdən keçirilib və qarşıdakı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb”, - Azərbaycan Prezidentinin rəsmi internet saytında belə deyilir.
30 İyul 2026
28 İyul 2026