17:06 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 303,9 min ton armatur istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə armatur istehsalı 24,5% və ya 98,8 min ton azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 402,7 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 8,4 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 63 min ton və ya 8,5 dəfə azalıb. 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 71,4 min ton təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026