Azərbaycandan son 11 ayda 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib

11:44 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xaricə 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 8% və ya 47 milyon 799 min dollar, həcmi isə 12.2% və ya 69 min 647 ton artıb.

Ötən ilin eyni dövründə isə xaricə  Azərbaycan 593 milyon 388 min dollar dəyərində 572 min 94 ton meyvə-tərəvəz satılıb.