10:28 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Rusiyada yumurtanın qiyməti Yeni ildən sonra ucuzlaşacaq, Azərbaycan gələn həftə tədarükə başlayacaq.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev belə hesab edir.
“Çox ümid edirəm ki, Yeni ildən sonra qiymətlər ucuzlaşmağa başlayacaq”, - deyə nazir jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
O qeyd edib ki, nazirlik qiymət artımının qarşısını almaq üçün tədbirlər görür. “Artıq gələn həftə Azərbaycandan yumurta daxil olmağa başlayacaq. İki-üç həftə sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan ölkəmizə gətiriləcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, - deyə D.Patruşev qeyd edib.
Onun sözlərinə görə, idxal rüsumunun ləğvi prosesi demək olar ki, başa çatıb. “Bu, bazarı təmin etməyə imkan verəcək”, - deyə kənd təsərrüfatı naziri vurğulayıb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026