11:24 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. "Bosch" Almaniyada 1500 nəfəri işdən çıxaracaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Bosch"-un açıqlamasında qeyd edilib. Sözügedən açıqlamada qeyd edilib ki, digər şirkətlər kimi "Bosch" da məşğulluq səviyyəsini sifariş vəziyyətinə, avtomobil sənayesindəki struktur dəyişikliklərinə və gələcək texnologiyaların bazara yayılmasına görə tənzimləməlidir.
Açıqlamada, "Baden-Württemberg əyalətindəki Stuttgart-Feuerbach və Schwieberdingen obyektlərindəki avtomobil bölməsində 2025-ci ilin sonuna qədər 1500 nəfəri ixtisar etmək ehtiyacını görürük",- deyə bildirilir.
Şirkətin açıqlamasında, "Bosch"un, işçilərin başqa departamentlərə köçürülməsi, erkən təqaüdə çıxma və ya könüllü ixtisar müqavilələri vasitəsilə ixtisar ediləcəyi bildirilib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026