10:46 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Böyük Britaniya 1995-2023-cü (ilk 6 ay) illər ərzində Azərbaycana 35 mlrd. dollar investisiya yatırıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, yatırılan investisiyaların 32 mlrd. dolları neft-qaz sektorunun payına düşüb. Nazir onu da qeyd edib ki, qeyd olunan dövrdə Azərbaycan Böyük Britaniyaya 2 mlrd. dollar həcmində investisiya yatırıb.
Pərviz Şahbazov həmçinin əlavə edib ki, bu ilin ilk 10 ay ərzində Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 734 mln dollar təşkil edib. 2022-ci ildə bu göstərici 1 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə 55.1% artım deməkdir.