19:00 - 16.07.2018
16 iyul, Fineko/abc.az. İyulun 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazir Muxtar Babayevlə keçirilən görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.