Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib - Saxlanılanlar var

11:33 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq faktı təsdiq ediblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.