15:17 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. Dövlətə məxsus “Bakı Beton Konstruksiyaları” və “Balaxanı Metal Məmulatları” MMC-lərin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) təşkilatçılığı ilə müəssisələrə təşkil edilmiş mediatur zamanı məlumat verilib.
Bildirilir ki, tədbirin məqsədi ictimaiyyətin müəssisələr haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirmə prosesinə cəlb edilməsidir.
Həmin kommersiya qurumları ölkə Prezidentinin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan və özəlləşdirməyə açılan müəssisələrindəndir.
Müəssisənin illik istehsal gücü 80 min kubmetr beton məmulatları təşkil edir. MMC-də müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və digər məhsullar istehsal olunur.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026