16:57 - 12.07.2018
12 iyul, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sərnişinlərin fərdi daşıyıcısına kredit ayırıb.
AYİB-in məlumatında deyilir ki, bank, “Xaliq Faiqoğlu” şirkətinə özəl avtobus operatorunun modernləşdirilməsinə 6 milyon avro (Azərbaycan manatı ilə) ayırıb.
“Kredit sazişi çərçivəsində şirkət, alçaq platformalı, dizel yanacağında işləyən 35 ədəd avtobus almalı, həmçinin, CO2 tullantılarının illik 2,853 ton azaltmalıdır”, - məlumatda belə deyilir.