10:51 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16.9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10.7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.
Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372.1 manatdır.
8 Avqust 2026
8 Avqust 2026