Lüksemburq şirkətinin Azərbaycanda törəməsi təsis edilib

17:37 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  Baş ofisi Lüksemburqda yerləşən “Majorel” şirkətinin Azərbaucanda törəmə şirkəti təsis edilib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, yeni yaradılan şirkət “Majorel Azərbaycan Telekomünikasyon” MMC-dir.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov ev.6. -da dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 50 000 avrodur. Şirkətə Türkiyə Respublikasının vətəndaşı Ayşegül Çaycı Bayram qanuni təmsilçilik edəcək. Ayşegül hazırda ana şirktə “Majorel Global”da baş maliyyə inzibatçısıdır.

Majorel beynəlxalq xidmət şirkətidir, müştəri təcrübəsi və biznes proseslərinin autsorsinq xidmətləri üzrə ixtisaslaşıb.